Azərbaycan qədər Gürcüstana dost olan başqa birisi yoxdur"
“Ümumiyyətlə yaxın illər ərzində Azərbaycan-Gürcüstan, Gürcüstan-Azərbaycan münasibətlərində mən ciddi bir inkişaf, müsbət irəliləyiş gözləmirəm. Bizim əsas strategiyamız ondan ibarət olmalıdır ki, Gürcüstandakı bəzi qüvvələrə Azərbaycan-Gürcüstan münasibətlərini pisləşdirməyə imkan verməyək”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, rəsmi Bakı qədər Gürcüstana səmimi, sadiq, həqiqi strateji dost olan ikinci başqa birisi yoxdur: “Onlara ucuz qaz veririk, bütün layihələrimizdə iştirak edir və sosial problemlərinin yanında dayanmışıq. Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı Azərbaycandır. Gürcüstan-Azərbaycan ticarət dövriyyəsində ixracatın əsas yaxşı payı Gürcüstanın üzərindədir. Yəni Gürcüstana ən böyük investisiya qoyan birinci yerdə Azərbaycandır. Yəni 4-5 parametr üzrə Azərbaycan Gürcüstanda birinci yerdədir. Amma Gürcüstan bunu görmək istəmir və qulaqardına vurur. Siz rəsmi Bakının siyasətinə fikir verin. Rəsmi Bakı Gürcüstanda yaşayan azərbaycanlılara göstərmiş vermədi ki, siz kimə səs verin. Zurabişviliyə yoxsa Vaşadzeyə. Halbuki rəsmi Bakının haqqı çatırdı. Çünki Gürcüstan hökuməti Gürcüstandakı azərbaycanlıları zorla Zurabişviliyə səs verdirdi. Həmin Salome Zurabişvili Cavaxetiya erməniləri ilə görüşəndə açıq-aşkar anti-türkiyə, anti-azərbaycan şantaji aparmışdı. Onun məşhur ifadəsi var idi və gürcü ermənilərinə müraciətində demişdi ki, “türklərə vətəndaşlıq verdilər ay ermənilər, sizə isə vətəndaşlıq vermədilər”.
Yəni bu yaşlı, təcrübəli və Avropada doğulmuş bir adam üçün şantajın ən yuxarı həddidir. Gürcüstanda heç bir Türkiyə vətəndaşına vətəndaşlıq verilməyib və heç bir Türkiyə vətəndaşının da Gürcüstan vətəndaşlığına ehtiyacı yoxdur. Eləcə də bizim azərbaycanlıların Gürcüstanda vətəndaşlıq almağına ehtiyacı yoxdur.Vətəndaşlıq almağa ehtiyacı olan türklər məhsəti türkləri idi. Bütün Avropa Gürcüstanı qışqırda-qışqırda nəhayət məhsəti türklərinə vətəndaşlıq aldı. İndi isə Salome Zurabişvili ermənilərlə görüşür və ermənilərə məhsəti türkü termini işlətmir əksinə türk termini işlədir. Gürcüstanda hesab edirlər ki, ermənilər onlar üçün daha vacibdir və ermənilərin sözünə daha çox inanırlar. İndi axı biz nə edə bilərik ki, Türkiyə böyük dövlətdir və Azərbaycan imkanlı dövlətdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət