Dərc edildi: Baxış sayı: 544
Azərbaycan qazının Gürcüstana ilk nəqlindən 60 il ötür
Bu il Azərbaycan qazının Gürcüstana ilk dəfə nəql olunmasının 60 illiyi tamam olur.
“Report”un yerli bürosu xəbər verir ki, bu tarixi faktı Gürcüstanın Qaznəqletmə Şirkəti “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində xatırladıb.
Azərbaycandan Gürcüstana təbii qaz 1959-cu ildə Qaradağ-Tbilisi kəməri ilə çatdırılıb. Kəmərin uzunluğu 506 km, diametri isə 500 mm olub. Həmin ilin dekabrında Tbilisidəki Navtluq qazpaylayıcı stansiyasında ilk məşəl alovlandırılıb.
Qaradağ-Tbilisi kəməri Cənubi Qafqazda tikilmiş ilk magistral qaz kəməridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət