Slimfit
  1. SİYASƏT

Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin yenidən inteqrasiyasında qərarlıdır

Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin yenidən inteqrasiyasında qərarlıdır
Sakura

Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin yenidən inteqrasiyasında qərarlıdır

Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi ölkəmizin siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib.

Nazir bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öz öhdəliklərinə ciddi şəkildə riayət etməyin zəruriliyini vurğulayıb.

Azərbaycan hökumətinin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupunun artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndlərinə və Azərbaycanın Laçın şəhərinə qayıtdığı barədə məlumat verən C.Bayramov bununla belə, Azərbaycan ərazilərinin mina və digər partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin əsas maneə, həmçinin ciddi humanitar təhlükə olmaqda davam etdiyini diqqətə çatdırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR