Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi NATO-nun mənzil-qərargahında olub

Azərbaycan Prezidentinin köməkçisi NATO-nun mənzil-qərargahında olub
Sakura

Azərbaycan Prezidentinin köməkçisi NATO-nun mənzil-qərargahında olub

 Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yanvarın 20-də NATO-nun mənzil-qərargahında olub. 

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən Oxu.Az-a bildiriblər ki, Hikmət Hacıyev NATO Baş katibinin müavini Mirça Coana ilə görüşüb və müttəfiq dövlətlərin 29+1 formatında keçirilən iclasında iştirak edib.  

Görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında ətraflı məlumat verib. 

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, alyansın əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahatlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib. 

20 Yanvar faciəsinin 30-cu ildönümümə təsadüf edən görüş və iclasda Prezidentin köməkçisi Azərbaycan tarixində mühüm rol oynayan bu hadisələr haqqında da danışıb. NATO rəsmiləri və üzv dövlətlərin təmsilçiləri Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR