Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib

Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib
Sakura

Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib

“Koronavirus bu gün dünyada ən çox müzakirə olunan mövzudur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini diqqətlə təhlil edir, müvafiq tədbirlər həyata keçirir”.

Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, Azərbaycan Nazirlər Kabineti bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub.

“Dövlət bu istiqamətdə artıq müvafiq addımlar atır. Azərbaycan Xarici İşlər Nazirliyi ÜST-nin tövsiyələri çərçivəsində artıq koronavirusun yayıldığı ölkələrə səfərlər mövzusunda vətəndaşlara müraciət edib”, - o söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR