Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Prezidentinin köməkçisi: “Gənclərimizin vətənpərvərliyini, coşqusunu yüksək qiymətləndiririk”

Azərbaycan Prezidentinin köməkçisi: “Gənclərimizin vətənpərvərliyini, coşqusunu yüksək qiymətləndiririk”
Sakura

Azərbaycan Prezidentinin köməkçisi: “Gənclərimizin vətənpərvərliyini, coşqusunu yüksək qiymətləndiririk”

“Azərbaycan gəncləri dövlətin yanındadır, onlar cəbhəyə getməyə hazırdırlar”.

Ens.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, sərhəd boyu təlim keçmiş hərbçilər xidmət göstərir: “Şəxsi heyətin komplektləşdirilməsi problemi Ermənistan ordusundadır. Bu da Ermənistanda olan demoqrafik problemlər, orduya inamsızlıqla bağlıdır. Ona görə də hətta təmas xəttində belə muzdlulardan istifadə edilir. Azərbaycanda belə demoqrafik problem yoxdur, ordunun şəxsi heyəti tam komplektləşdirilib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ali Baş Komandan bildirib ki, kim yenidən orduda xidmət etmək istəyirsə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçə bilər: “Gənclərimizin vətənpərvərliyini, coşqusunu yüksək qiymətləndiririk. Azərbaycanın ehtiyatda olan hərbçiləri də var. Zərurət olacağı təqdirdə, onlar da öz yaşadıqları ünvanlar üzrə qeydiyyata alınacaq. Burada hərbi təlim, ibtidai hərbi bacarıqlara malik olmaq əsas şərtdir. Gənclərimizin coşqusu yüksək qiymətləndirilir. Ali Baş Komandan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısında vəziyə qoyub. Zərurət olduğu təqdirdə həmin gənclər lazımı istiqamətə yönəldiləcəklər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR