Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi
Sakura

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Müharibə zamanı (Vətən müharibəsi) xarici media nümayəndələrinə müsahibələrim olub. Ancaq təbii ki, müharibədəki planlarımızla bağlı heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə mənə Şuşa haqqında sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.

“Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”, - deyə dövlət başçısı əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR