Dərc edildi: Baxış sayı: 451
Azərbaycan Prezidenti Mahmud Abbası təbrik edib
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik ünvanlayıb.
APA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət