Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: "Ermənistanla sülh müqaviləsi beş prinsip əsasında imzalana bilər"

Azərbaycan Prezidenti: "Ermənistanla sülh müqaviləsi beş prinsip əsasında imzalana bilər"
Sakura

Azərbaycan Prezidenti: "Ermənistanla sülh müqaviləsi beş prinsip əsasında imzalana bilər"

"Beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib.

Prezident bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyanı, Brüssel sülh gündəliyini dəstəkləyir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir: "Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR