Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: "Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır"

Azərbaycan Prezidenti: "Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır"
Sakura

Azərbaycan Prezidenti: "Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır"

"Biz ermənilərin bütün miflərini darmadağın etdik. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə danışıb.

"Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər", - Prezident vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq: “Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR