Dərc edildi: Baxış sayı: 459
Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi rəsmən açılıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.
"Report"un məlumatına görə, klublar yeni oyunçularını sentyabrın 2-dək Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər. Hələlik çempion "Qarabağ" və ölkə kubokunun sahibi "Qəbələ" istisna olmaqla, qalan 6 klub heyətinə yeni oyunçular cəlb edib. Lakin onların hamısı daxili transferlərdir və xaricdən heç bir oyunçu gətirilməyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət