Slimfit
  1. İDMAN

Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib

Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib
Sakura

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatları müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatları müəyyənləşib.

"Report" çempionatın yayımçısı "CBC Sport" telekanalına istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı dekabrın 1-də "Sumqayıt" və "Səbail" komandaları arasında keçiriləcək. Həmin oyun saat 16:30-da start götürəcək. 

Günün digər oyununda isə debütant "Sabah" turnir cədvəlinin lideri "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Turun daha iki qarşılaşması isə dekabrın 2-də oynanılacaq. "Qəbələ" - "Zirə" dueli saat 17:00-da, "Qarabağ" - "Keşlə" görüşü isə saat 19:30-da başlanacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR