Azərbaycan Premyer Liqasında VIII turun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun rəmzi komandası müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi komandada "Sabah"dan 5, "Qəbələ" və "Qarabağ"dan 2, "Keşlə" və "Sumqayıt"dan isə hərəyə bir futbolçu yer alıb.
"Sabah"dan Marko Deviç dördüncü, "Qəbələ"dən Ceyms Adeniyi və "Sumqayıt"dan isə Şəhriyar Əliyev üçüncü dəfə həftənin komandasına seçilib.
"Qarabağ"dan Mahir Mədətov və Abdullah Zubir, "Sabah"dan isə Məmmədov Novruz və Vanderson Silva ikinci dəfə rəmzi komandada yer alıblar.
Digər oyunçular isə ilk dəfə "11-liy"ə düşüblər.
VIII turun futbolçusu isə "Qəbələ"dən Stiven Monroz seçilib. O, "Neftçi" ilə matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qapıçı: Kamran Ağayev (“Keşlə”)
Müdafiəçilər: Vanderson Silva (“Sabah”), Şəhriyar Əliyev (“Sumqayıt”), Filip İvanoviç (“Sabah”), Novruz Məmmədov(“Sabah”)
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”), Ceyms Adeniyi (“Qəbələ”), Miloş Bosançiç (“Sabah”), Mahir Mədətov (“Qarabağ”)
Hücumçular: Marko Deviç (“Sabah”), Stiven Monroz (“Qəbələ”)
Qeyd edək ki, rəmzi komanda və həftənin futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət