Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçını İnqilab Məmmədov, "Neftçi" - "Keşlə" qarşılaşmasını isə Ramil Diniyev idarə edəcək. FİFA referilərindən heç kim baş hakim kimi təyinat almayıb.
14 sentyabr (cümə)
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Azersun Arena”, 20:00
15 sentyabr (şənbə)
“Səbail” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”, 20:30
16 sentyabr (bazar)
“Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşən Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Murad Məmmədov
“Əlincə Arena”, 19:00
“Neftçi” – “Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena”, 21:00
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət