Slimfit
  1. HƏRB

Azərbaycan “Polonez”lərin təkmilləşdirilmiş variantını əldə edib

Azərbaycan “Polonez”lərin təkmilləşdirilmiş variantını əldə edib
Sakura

Azərbaycan “Polonez”lərin təkmilləşdirilmiş variantını əldə edib

Azərbaycan Belarus istehsalı “Polonez” YARS-larının təkmilləşdirilmiş variantını əldə edib. 

 

Ordu.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, adı açıqlanmayan mənbənin verdiyi məlumata görə, hərbi texnikanı hərbi hissələrdən birində şəxsən prezident İlham Əliyev qəbul edib. 

Həmçinin bildilir ki, “Polonez” YARS-larının təkmilləşdirilmiş variantının sınaqları keçən ilin payızında həyata keçirilib. 

Mənbə qeyd edir ki, müstəqillik illərində Azərbaycanla Belarus yarım milyard dollar dəyərindən çox silah ticarəti həyata keçiriblər. Nəticədə Azərbaycan Belarus istehsalı hərbi texnikanın əsas istismarçısına çevrilib.

Daha öncə xəbər verirdiyimiz kimi, yalnız 2002-2012-ci illər ərzində Minsk Bakıya 153 ədəd T-72 tipli tank, 120 ədəd 122 millimetrlik D-30 topları, 12 ədəd 203 mm 2C7 “Pion” özüyeriyən artilleriya qurğusu, 60 ədəd təkərli zirehli texnika BTR-70 və 11 ədəd SU-25 qırıcı təyyarəsi tədarük etdiyi məlum olub. 

Ancaq iki ölkə arasındakı hərbi ticarət yalnız sovet istehsalı hərbi texnika ilə məhdudlaşmayıb. Belarus hərbi sənaye müəssisələri Azərbaycanın silahlanmasında olan S-125M “Peçora” və 9K33M3 “OSA-AKM” zenit raket komplekslərini fəal şəkildə modernizasiya edib. Xüsusi olaraq Azərbaycan ordusu üçün “BUK-MB” zenit raket kompleksləri də modernizasiya edilib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR