Slimfit
  1. İDMAN

Azərbaycan pauerliftinqçisi 20 ildən sonra ikinci dəfə dünya çempionu olub

Azərbaycan pauerliftinqçisi 20 ildən sonra ikinci dəfə dünya çempionu olub
Sakura

Azərbaycan pauerliftinqçisi 20 ildən sonra ikinci dəfə dünya çempionu olub

 Rusiyanın paytaxtı Moskvada ustalar arasında pauerliftinq üzrə növbəti dünya çempionatı keçirilib.

"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən federasiya prezidenti Ələddin Əliyev (110 kq) qızıl medal qazanıb. Təcrübəli idmançı ümumi nəticədə 240 kq-ın öhdəsindən gələrək, karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dəfə dünyanın ən güclüsü adını 20 il əvvəl qazanmışdı.

Bununla bağlı fikirlərini bölüşən Əliyev azərbaycanlı yeniyetmələrə də tövsiyələrini verib: “İdmana müəyyən fasilə vermişdim. Daha sonra yenidən məşqlərimi bərpa etdim. 2 ildir davam edən məşqlərin yekununda ikinci dəfə dünya çempionu oldum. Bu gün həqiqətən də çox sevincliyəm. Federasiyamız 1996-cı ildə yaranıb. İlk dəfə İtaliyanın Peskara şəhərində Avropa çempionu olduqdan sonra mütəmadi olaraq yarışlarda komanda şəkilində iştirak etmişik. Sözsüz ki, əsas məqsəd ölkəmizin beynəlxalq yarışlarda təmsil olunmasıdır. Arzu edirəm ki, bütün yeniyetmələrimiz idmanla məşğul olsunlar və Azərbaycanın bayrağını dalğalandırsınlar”.

Qeyd edək ki, Ələddin Əliyev Azərbaycanın ən titullu pauerliftinqçilərindən sayılır. O, gənclər arasında da dəfələrlə Avropa və dünya çempionu olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR