Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız getmək olar?
Kanadanın "Arton Capital" konsaltinq şirkəti 2023-cü il üçün dünya pasportlarının (Qlobal Pasport Rank) reytinqini açıqlayıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,Azərbaycan pasportu dünya reytinqində 61-ci yerdə qərarlaşıb.
Ermənistan və Lesoto da Azərbaycanla eyni yeri bölüşür.
Bu reytinqin göstəricisi müxtəlif ölkələrə vizasız səyahət etmək imkanıdır.
Bu reytinqə əsasən, 37 ölkə Azərbaycan Respublikasının pasport sahibləri üçün vizasızdır, 46 ölkədə viza gəldikdən sonra əldə edilə bilər, 155 ölkədə isə viza öncədən tələb olunur.
Ermənistan vətəndaşları üçün də analoji vəziyyətdir.
Lesotoya gəlincə isə 49 ölkə bu ölkənin pasport sahibləri üçün vizasızdır, 34 ölkəyə gəliş zamanı viza verilir, 115 ölkə isə öncədən viza tələb edir.
Hər üç ölkənin mobillik balı 83 olub.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal reytinqdə 180 mobillik balı ilə birinci yeri tutub.
Bu ölkənin vətəndaşları 132 ölkəyə vizasız gedə bilirlər, 48 ölkəyə gələrkən viza ala bilirlər və yalnız 18 ölkədə Əmirlik vətəndaşları üçün viza tələb olunur.
Sonuncu, 96-cı yerdə Suriya pasportu yer alıb. Suriya pasportuna sahib şəxslərin dünyanın yalnız 9 ölkəsinə vizasız səyahət etmək imkanı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət