Slimfit
  1. MEDİA

Azərbaycan parataekvondo millisinin yeni baş məşqçisi: "Bizim üçün ən əsas və böyük yarış paralimpiadadır"

Azərbaycan parataekvondo millisinin yeni baş məşqçisi: "Bizim üçün ən əsas və böyük yarış paralimpiadadır"
Sakura

Azərbaycan parataekvondo millisinin yeni baş məşqçisi: "Bizim üçün ən əsas və böyük yarış paralimpiadadır"

Azərbaycanın parataekvondo üzrə millikomandasının yeni baş məşqçisi Fərid Tağızadənin “Report”a müsahibəsi...

- Necə oldu ki, bu vəzifəyə təyinatınız gerçəkləşdi?

- Mən 2009-cu ildən parataekvondoçularla birgəyəm. Atam Əvəz Tağıyev millinin baş məşqçisi olub, parataekvondo millisini ərsəyə gətirən şəxs atam olub. Onun bu komanda üzərindəki zəhməti böyükdür. Mən də məşqçi kimi atamın yanında olur, ona kömək edirdim. Ancaq rəsmi olaraq, parataekvondo millisinin məşqçisi deyildim. Son vaxtlar millidə atamın köməkçisi kimi çalışırdım. O, dünyasını dəyişdikdən sonra məni baş məşqçi təyin etdilər.

- Atanız sizdən əvvəl Azərbaycanın parataekvondo millisinin baş məşqçisi idi. Sizin təyinatınızda bu amilin nə kimi rolu olub?

- Uzun müddətdir ki, atamla birgə məşqlərdə iştirak edir, idmançıları yaxşı tanıyırdım. Çox vaxt bu işin içində idim. Parataekvondo da digər paralimpiya növləri kimi əsasən psixoloji amillərlə bağlıdır. Komandanın məşqlərinə uzun müddətdir qatıldığımdan, həm fiziki, həm də psixoloji məqamları yaxşı bilirəm. Eyni zamanda 2015 - 2017-ci illər ərzində Naxçıvanda taekvondo üzrə baş məşqçi işləmişəm. Oradan qayıtdıqdan sonra yenidən atamın yanında olmuşam. Parataekvondo millimizin məşqlərində yaxından iştirak etmişəm. Yəqin ki, bu təcrübələrimə görə atamdan sonra məni parataekvondo millisinin baş məşqçisi təyin ediblər.

- Komandanı qarşıda hansı yarışlar gözləyir və hədəfləriniz nədir?

- Bizi 2019-cu ilin fevralında Türkiyədə keçiriləcək dünya çempionatı gözləyir. Hazırda mundiala hazırlaşırıq. Artıq fiziki məşqlərə başlamışıq. Məşqlərimiz dayanmadan sürətlə davam edir. Əsas məqsədimiz dünya çempionatından yüksək nəticə ilə geri dönməkdir. Bu yarışdan sonra isə 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu Oyunların bizim üçün böyük önəmi var. İlk dəfə parataekvondo yarışları da proqrama daxil edilib. Ona görə də bizim üçün ən əsas və böyük yarış paralimpiadadır. 

- Milli komandanın hazırkı vəziyyətini necə dəyərləndirərdiniz?

- Komandamız 2009-cu ildən qurulub. İlk vaxtlar idmançılarla çalışmaq çox çətin idi. Lakin indi nəticələr get-gedə yaxşılaşır. İstərdim ki, komandamız indiki səviyyəsindən də yuxarı qalxsın. 2009-cu ildən keçirilmiş bütün yarışlarda Azərbaycan parataekvondoçuları ön sıralarda olub. Ona görə də tam məsuliyyətlə komandanı yarışlara hazırlaşdırıram. Yüksək nəticələr göstərmək üçün hər şeyi edəcəyik. Dünya çempionatı və Yay Paralimpiya Oyunlarından gözləntilərimiz böyükdür.

- Qardaşınız Ayxan Tağızadə taekvondo millisinin üzvüdür. Gənc ikən "Bakı 2015" I Avropa Oyunlarının qalibi olsa da, xüsusən son vaxtlar böyüklər arasında dünya və Avropa çempionatlarındakı uğurları elə də çox deyil.  Bu, nə ilə bağlıdır?

- Elə düşünənlər var ki, Ayxan Avropa Oyunlarında qzıl medal qazandıqdan sonra məşqlərdən uzaq qalıb. Ancaq bu, heç də belə deyil. O, dayanmadan çalışmağa davam edir. 2015-ci ilin sonlarında Hərbçilərin Dünya Kubokunda 2-ci yerə çıxıb, 2 dəfə Dünya Kubokunu qazanıb və Türkiyədə keçirilmiş Klublararası Avropa çempionatında qızıl medala sahib çıxıb. İndi də məşqlər edir, gələn ay Qran Priyə qatılacaq. Reytinq xallarını daha da yaxşılaşdırdıqdan sonra olimpiadaya bir"başa vəsiqə qazanmağı hədəfləyib. Olimpiadada isə yüksək nəticə qazanmağa çalışacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR