Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ötən il Rusiyaya elektrik enerjisi ixracını 3,5% artırıb

Azərbaycan ötən il Rusiyaya elektrik enerjisi ixracını 3,5% artırıb
Sakura

Azərbaycan ötən il Rusiyaya elektrik enerjisi ixracını 3,5% artırıb

 Ötən il ərzində Rusiyanın “İnter RAO” Qrupu Azərbaycandan ümumilikdə 0,121 mlrd. KVt/saat elektrik enerjisi idxal edib.

Report”un məlumatına görə, bu barədə “İnter RAO” şirkətinin 2018-ci ilin fəaliyyəti ilə bağlı hazırladığı hesabatda deyilir.

Hesabata əsasən, bu, 2017-ci ilin nəticələri ilə müqayisədə 3,5% çoxdur.

Ümumilikdə isə Rusiya 2018-ci ildə qonşu ölkələrdən 4,122 mlrd. KVt/saat elektrik enerjisi idxal edib. Bunun 4,825 mlrd. KVt/saatı Qazaxıstan (-15,9%), 0,097 mlrd. KVt/saatı (-63%) Gürcüstan, 0,052 mlrd. KVt/saatı Litva (-38,9%) və 0,027 mlrd. KVt/saatı Monqolustanın (+17,2%) payına düşüb.

Ötən il ərzində Rusiyanın “İnter RAO” şirkəti Azərbaycan istiqamətinə 0,076 mlrd. KVt/saat elektrik enerjisi ixrac edib. Bu, 2017-ci ilin göstəriciləri lə müqayisədə 20,2% artıma bərabərdir.

Ötən il ərzində Rusiya şirkəti ümumilikdə 16,712 mlrd. KVt/saat elektrik enerjisi ixrac edib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 0,1% çoxdur.

Bu dövr ərzində Finlandiyaya 6,903 mlrd. KVt/saat (+37%), Litvaya 4,415 mlrd. KVt/saat (+41%), Çinə 3,109mlrd. KVt/saat (-6,3%), Qazaxıstana 1,347 mlrd. KVt/saat (+4,1%), Monqolustana 0,416 mlrd. KVt/saat (+12,1%), Gürcüstana 0,206 mlrd. KVt/saat (-58,8%), Belarusa 0,049 mlrd. KVt/saat (-98,2%) və Ukraynaya 0,045 mlrd. KVt/saat (-52,2%) elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, 2018-ci ildə “İnter RAO” şirkətinin elektrik enerjisi istehsalı 2017-ci ilin göstəriciləri ilə müqayisədə 1,7% azalaraq 132,508 mlrd. KVt/saat təşkil edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR