Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ötən ay “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan ötən ay “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Sakura

Azərbaycan ötən ay “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin fevral ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub.

Ens.Az-ın məlumatına əsasən,bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bunun 593 min barelini xam neft, 148 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib.

Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barel təşkil edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR