Dərc edildi: Baxış sayı: 372
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür edib
Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, K.Vəliyev bu barədə Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.
“Missiyanızın başa çatması münasibətilə sizi təbrik edirəm. Sizə Qarabağda sülh və stabilliyin təmin olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür edirəm”, - general-polkovnik vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət