Dərc edildi: Baxış sayı: 677
Azərbaycan Ordusu minaatanları işə saldı — Cəbhədə gərginlik
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib:
"Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub", - deyə Nazirlikdən bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət