Slimfit
  1. TARİX

Azərbaycan nələrdə ilkə imza atıb

Azərbaycan nələrdə ilkə imza atıb
Sakura

Azərbaycan nələrdə ilkə imza atıb

Nəyə görəsə, ölkəmiz, onun mədəniyyəti barədə bir sıra ölkələrdə geniş təsəvvür azdır. Keçmiş Sovetlər Birliyində, xüsusilə Rusiyada adi insanlar, özəlliklə də orta yaşlılar Azərbaycan / Bakı /nın, eləcə də azərbaycanlıların mədəni cəhətdən az inkişaf etdiyi təəssüratına malikdirlər. Bunun belə olmasında təbliğat işini yaxşı qurmamağımız, eləcə də bədxah qonşularımızın əleyhimizə apardıqları təşviqat da az rol oynamır.

Bunu xüsusilə də sosial şəbəkələrdəki şərhlərdə yazılan fikirlərdə və ya məsələn, Rusiyaya gedəndə müşahidə etmək olur.

Söz yox ki, hamıdan deyil. Rusların əksəriyyəti olan savadlı insanlar bundan uzaqdırlar. Ancaq gündəlik həyatda, hansısa bir yerdə, ictimai nəqliyyatda və ya bir mağazada xoşagəlməz şeyləri dinləmək məcburiyyətində qaldığımız vaxtlar da olur.

Buna görə də rusdilli şəbəkələrdə yerləşdirdiyimiz Azərbaycanın son 100-150 illik inkişafından bəhs edən bir məqalə yazdıq. Ölkəmizin əldə etdiyi nailiyyətləri haqqında müəyyən məlumat verdik. O cümlədən, onun hansı sahələrdə nələrə ilk imza atdığı haqqında. Bu yazının ana dilimizdə olan variantını təqdim edirik.

Bakı hansı inkişaf sahələrində birinci olub?

Məsələ ilə bağlı mütəxəssislərdən əvvəlcədən üzr istəyirik . İnternetdə belə məlumatların bir yerdə toplandığı qaynaq tapmadıq. Buna görə məlumat tam olmaya bilər.

1846-1847 illər. Dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusu

Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. Bu, Pensilvaniyadakı Amerika quyusundan 13 il əvvəl baş vermişdi.

Daha doğrusu, iki quyu qazılmışdı. Biri su verdi, ikincisindən isə neft çıxdı.

14 iyul 1948-ci ildə ondan ilk sənaye nefti alındı.

İndi bu, praktiki olaraq şəhər daxilindədir.

2017-ci ildə qüllə və yırğalanan kürsü (arxa planda) bərpa edildi

1877-1878-ci illər. Dünyada ilk özüyeriyən neft tankeri

Dünyada ilk neft tankerinə “Zərdüşt” (“Zoroastr”) adı verilir və 1878-ci ildə ilk dəfə olaraq, Bakıda suya buraxılır. Yeri gəlmişkən o, Nobel qardaşlarına aid idi.

1 sentyabr 1899-cu ildə Xəzərdə artıq 345 gəmi vardı. “Zərdüşt” nefti Bakıdan Tsaritsına (indiki Volqoqrad) qədər daşımaq üçün istifadə edilirdi.

"Zərdüşt" tankeri 

1896-cı il. Müsəlman qızlar üçün dünyada ilk dünyəvi gimnaziya

Azərbaycanda maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Gimnaziya görkəmli xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdı. Bu müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi

Tağıyevin ilk cəhdi, hələ III Aleksandrın hakimiyyəti dövründə olmuş, ancaq uğurla nəticələnməmişdi. İmperatora edilən vəsatət rədd edilmişdi. Onun ölümündən sonra Tağıyev təkrar bir tələblə II Nikolaya müraciət etmişdi. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunmuşdu.

Bakıdakı müsəlman gimnaziyası

Və artıq 1900-cü ildə Aleksandrinski Müsəlman Qadınlar Gimnaziyası Tağıyevin 184 min rubla inşa etdiyi möhtəşəm bir binaya köçdü.

Bu gün keçmiş gimnaziyanın binası

1913-cü il. Müsəlman Şərqində ilk operetta

Bu Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası idi.

Adı Bakıda parça ticarətilə məşğul olan küçə satıcılarının xarakterik fəryadından götürülüb. 

25 oktyabr 1913-cü ildə Bakıda premyerası oldu və ertəsi gün Qafqazın səhnələrində səhnələşdirilməsinə icazə alındı (çar hökumətinin yerli nümayəndəsindən).

İcazə

Operetta tez bir zamanda məşhur oldu. Əvvəlcə Qafqazda və Rusiyada, sonra isə bütün dünyada.

Bakı truppası

Azərbaycanda müsəlman Şərqində ilk olaraq opera (1908-ci ildə Leyli və Məcnun) və ilk balet (1940-cı ildə Qız qalası) da səhnəyə qoyulub.

1918-ci il. Müsəlman Şərqində İlk Parlament və Birinci Demokratik Respublika

1918-ci il mayın 27-də Zaqafqaziya Seymindəki Azərbaycan nümayəndələri Tiflisdə ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişdir. Eyni zamanda müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası adlandırmış, beləliklə, Azərbaycanın ilk parlamenti təsis edilmiş, Rəyasət Heyəti və sədri seçilmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda isə Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd - İstiqlal Bəyannaməsi qəbul olunmuşdur.

ADR hökuməti

1918-ci il noyabrın 19-da Parlamentin yaradılması haqqında qanun qəbul edildi. Buna görə deputat mandatları respublikanın milli tərkibinə nisbətdə paylandı:

Parlamentdəki 120 yer aşağıdakı şəkildə paylandı: Müsəlman əhali - 80, ermənilər - 21, ruslar - 10, almanlar, yəhudilər, gürcülər və polyakların hərəsinə bir yer.

7 dekabr 1918-ci ildə Şərq ölkələrində ilk tam hüquqlu demokratik seçkilər keçirildi.

Məclisin iclası

Azərbaycan Xalq Cümhuriyyətinin özü kimi parlament 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-nə qədər daha 17 ay davam etdi.

28 aprel 1920-ci ildə işğalçı 11-ci Qırmızı Ordu bolşevikləri hakimiyyətə gətirdi.

1926-cı il. SSRİ-də ilk elektrik qatarı

Bakıətrafı dəmir yolu 1880-ci ildən bəri mövcuddur. 1924-cü ilə qədər Sovet İttifaqının digər yerlərində olduğu kimi buxar lokomotivləri ona xidmət edirdi. Lakin həmin il Bibiheybət Elektrik Stansiyası (sonradan Krasin adına Dövlət Rayon Elektrik Stansiyası) modernləşdirildi, bundan sonra artıq elektrik enerjisi meydana çıxdı.

Bakı şəhər bələdiyyəsi onları dəmir yolunun elektrikləşdirilməsinə yönəltməyə qərar verdi. Bir qanun layihəsi hazırlanaraq təsdiq üçün Moskvaya göndərildi.

Başqa heç bir yerdə uyğun avadanlıq olmadığına görə fərqli yerlərdən hissələrlə sifariş verilməli oldu. Əsas - 14 elektrik vaqonu Mıtışinskiy vaqonqayırma zavodunda sifariş edildi. Onlar kənardan baxdıqda tramvayları xatırladırdı.

SSRİ-də ilk elektrik qatarı (Bakı)

Moskvada elektrik qatarları 1929-cu ildə meydana çıxdı.

1949-cu il. Dünyadakı ilk dəniz neft platforması və açıq dənizdə dirəklər üzərində ilk şəhər

Azərbaycan paytaxtından 42 kilometr aralıda, açıq dənizdə böyük bir neft yatağı tapıldı. Onun haqqında 30-cu illərdə bilinirdi, lakin o dövrdə onu inkişaf etdirmək üçün nə texnologiya, nə də vasitə vardı.

1949-cu ildə onun işlənməsinə başlamaq qərarı verildi. İlk iki buruq qurğusu dirəklər üzərində quraşdırılmış və ayrı adacıqları təşkil edirdi. Amma qazmalara xidmət etmək, harada isə müşayiət avadanlığı saxlamaq lazım idi. Belədə bir neçə gəmini batırmaq barədə qərar verilir.

Birinci qüllə

Birinci batırılanlardan biri yuxarıda adı çəkilən "Zərdüşt" tankeri idi.

1952-ci ildə bir keçid yolu ilə bağlanan iki metal ada meydana gəldi.

50-ci illər

Sonra hər şey artan xətt üzrə getdi:

1958 - 16 ikimərtəbəli evdən ibarət "Neft daşları" qəsəbəsinin inşası. Burada qazanxana, elektrik stansiyası, sənaye binaları, xəstəxana və s yerləşirdi.

İlk yaşayış binaları bu gün 

1975-ci ilə qədər artıq bir şəhərdir. Doqquzmərtəbəli yaşayış kompleksi, iki beşmərtəbəli yataqxana, öz çörək zavodu və ağacları olan park.

1986-cı ilə qədər daha üç beşmərtəbəli bina, bioloji su təmizləyici qurğu, yeməkxana, başqa bir xəstəxana, qaz və neft stansiyaları və s. tikilmişdir.

Şəhərin yaşayış hissəsi

4 yanvar 2018-ci il tarixinə Neft Daşları 200-dən çox stasionar platformadır və bu şəhərin dənizdəki küçə və zolaqlarının uzunluğu 350 kilometrə çatır.

Platformalar arasında avtomobil bağlantısı var.

Mənbə: Визит в Азербайджан

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR