Dərc edildi: Baxış sayı: 434
Azərbaycan neftinin qiyməti 45 dolları ötüb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,61 ABŞ dolları, yaxud 1,37% artıb.
Ens.az "Report"-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,11 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət