Dərc edildi: Baxış sayı: 553
Azərbaycan neftinin qiyməti 15 dollara düşüb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 5,49 ABŞ dolları, yaxud 25,78% azalıb.
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 15,81 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, bundan öncə "Azeri LT CIF" neftinin aşağı qiyməti aprelin 1-də (16,53 ABŞ dolları) qeydə alınmışdı. Azərbaycan neftinin maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət