Azərbaycan neftinin Avropaya yeni marşrutla nəqli tezləşə bilər
"Ukraynada Odessa – Brodı boru kəmərindən neft nəqlinin bərpası ilə Avrasiya Nəqliyyat Dəhlizinin hazırda yeganə çatışmayan halqası olan Polşa ərazisindəki Brodı – Adamova Zastava neft kəməri layihəsini tezləşdirə bilər".
Bu barədə “Report”a “Sarmathia” beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergei Skripka bildirib.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mart ayında Belarusa Odessa – Brodı kəməri vasitəsilə iki tanker, yəni 160 min tona yaxın neft ixrac etməyi nəzərdə tutur.
“Sarmathia”nın rəhbəri Azərbaycan və Xəzər neftinin Odessa – Brodı kəməri ilə daha müntəzəm nəql edincə eyni layihənin parçası olan Brodı – Adamova Zastava kəmərinin də bir o qədər tez tikilib istifadəyə veriləcəyini diqqətə çatdırıb: “Ukrayna 2011-ci ildə də Belarusda emal olunması üçün Odessa – Brodı kəmərilə neft nəql edib. Həmin neft Belarusun əvvəlcə Venesueladan aldığı neftin sonradan “Azerilight” ilə əvəzlənməsi ilə bağlı SOCAR-ın da iştirak etdiyi birillik müqavilə çərçivəsində tədarük edilirdi. Brodı – Adamova Zastava boru kəmərinin ötən il təsdiqlənmiş texniki iqtisadi əsaslanmasına görə, kəmərlə nəql olunacaq neftin əsasən Polşa və Almaniya müəssisələrində emal ediləcəyi bildirilir.
Bu layihənin həyata keçirilməsi ilə Xəzər ölkələri neftlərini Avropa bazarına əlavə etibarlı ixrac marşrutu əldə edəcəklər. Bu xəttin 377 kilometrlik uzunluğunun 120 kilometri Ukrayna, 257 kilometri də Polşa ərazisindən keçəcək. Layihənin ümumi dəyəri 360 milyon avrodur".
S.Skripka hazırda layihə çərçivəsində mövcud yol infrastrukturunun istifadəsinə dair aidiyyatı qurumlar arasında razılaşdırmaların həyata keçirildiyini qeyd edib.
Xatırladaq ki, 2004-cü il iyulun 12-də Ukraynanın “Ukrtransnafta” və Polşanın "PERN Prznyjazn” şirkətlərinin yaratdığı “Sarmathia” MMC-nin iştirakçıları SOCAR (25,32 faiz), Gürcüstanın “Georgia Oil and Gas corporation Ltd” (16,09 faiz), “Ukrtransnafta” (28,79 faiz), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 faiz), Litvanın “AB Klaipedos Nafta” (1 faiz) şirkətləridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət