Dərc edildi: Baxış sayı: 785
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,07 ABŞ dolları, yaxud 3,23 % azalıb və 61,93 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət