Dərc edildi: Baxış sayı: 585
Azərbaycan nefti həftə ərzində 13% bahalaşıb
Bu həftə ərzində (1-5 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 4,69 ABŞ dolları və ya 13,1% artıb.
Ens.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,53 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 43,38 dollar təşkil edib, ən minimal göstərici isə 38,14 dollar səviyyəsində olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət