Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Sakura

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,34 ABŞ dolları, yaxud 2,6 % artaraq 90,78 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 87,01 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR