Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıb

Azərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıb
Sakura

Azərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıb

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada keçirilən “Bir gündə 650 min ağac əkək” kampaniyası çərçivəsində bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi və şirkətin birgə müəssisələri 100 min ağacın əkilməsinə başlayıb.

"Report" xəbər verir ki, öncə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Qala qəsəbəsi ərazisində yerləşən “Eko Park”da ağacəkmə kampaniyasında iştirak ediblər. Gün ərzində Şirkətin idarə və müəssisələrinin ərazisində, əsasən Abşeron yarımadasının təbii iqliminə uyğun olan 15 minə yaxın sərv, hər biri 11 min civarındatuya, oleandr və eldar şamı, 10 mindən artıq badam, 7 mindən artıq tut tingləri, ümumilikdə isə 22 adda ağac və gül kolları əkiləcək. Tinglər SOCAR-ın “EkoPark”ından götürülüb.Aksiya çərçivəsində əkilmiş ağaclara aqrotexniki qulluq göstərmək məqsədi ilə burada müasir damcı suvarma sistemi yaradılıb.

Dekabrın 6-da reallaşan aksiya çərçivəsində əkilmiş 100 min ağacın 45 mini “Azneft”, 15 mini “Azəriqaz” və “Azərikimya” İstehsalat Birliklərinin, H.Əliyev adına Neft Emalı Zavodunun, Qaz İxrac və Neft Kəmərləri idarələrinin, 40 mini isə digər idarə və müəssisələrinin ərazilərində əkiləcək. Ağacəkmə kampaniyasına SOCAR-ın bir sıra birgə müəssisələri və tərəfdaş şirkətlər də qoşulublar. Ümid istehsalat və təchizat bazasının ərazisində 2 min ağac “SOCAR AQŞ” tərəfindən əkilməsi nəzərdə tutulub.

Xatırladaq ki, SOCAR-da neft və neft məhsulları ilə çirklənmiş ərazilərin bərpası və bu ərazilərdə geniş yaşıllıq zolaqlarının yaradılması işlərinə 2006-cı ildən start verilib. Şirkətin istehsalat sahələrində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə vaxtaşırı həyata keçirilən yaşıllaşdırma işləri və meşə massivlərinin salınması layihələri bu gün də uğurla icra olunur. SOCAR hər il “Eko Park” ərazisində təxminən 100 min ağac tingi yetişdirərək müəssisə və idarələrə paylanmasını və əkilməsini təmin edir. Dekabrın 6-da əkilmiş 100 min ağacla birlikdə SOCAR-ın cari ildə əkdiyi ağacların sayı 200 minə yaxınlaşıb. Ümumilikdə isə indiyə qədər keçirilən tədbirlər nəticəsində SOCAR üzrə 500 hektardan artıq ərazidə 1 milyona yaxın ağac və gül kolu əkilib, bitkilərin inkişaf fazalarına uyğun onlara davamlı aqrotexniki qulluq göstərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR