Azərbaycan "Neft Daşları"nda yeni layihənin icrasına hazırlaşır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Neft Daşları" yatağında "Mayak" layihəsinin icrasına hazırlaşır.
Bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.
"Mayak" layihəsi neft və qaz hasilatı sahəsində məhsuldarlığın artırılmasına istiqamətlənib.
İ.Əhmədov bildirib ki, hazırda "28 May" və "Abşeronneft" neft-qaz çıxarma idarələri çərçivəsində yeni təşəbbüslərin, təkliflərin öyrənilməsi davam etdirilir və Neft Daşlarında layihənin icrasına hazırlıq gedir.
"Mayak" layihəsi SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "McKinsey&Company" şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Layihənin pilot hissəsi "28 May" NQÇİ-də reallaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət