Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan mühüm konvensiyaya qoşuldu

Azərbaycan mühüm konvensiyaya qoşuldu
Sakura

Azərbaycan mühüm konvensiyaya qoşuldu

Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”sı imzalanıb.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini vermək niyyətini bir daha vurğuladıq, OECD ilə ikitərəfli əməkdaşlığın perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR