Azərbaycan Moskvada keçiriləcək 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq
Azərbaycan Moskvada keçiriləcək 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 5-də fəaliyyətə başlayacaq sərgi sentyabrın 9-dək davam edəcək.
Sərgi-yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və iştirakı ilə ölkəmizin mədəniyyəti, milli nəşrlər nümayiş olunacaqdır. Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu ziyarətçilərə təqdim ediləcək. Sərgi çərçivəsində müxtəlif nəşriyyatlarla, digər aidiyyatı qurumlar və ədəbi, mədəni təşkilatlarla görüşlər də planlaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət