Slimfit
  1. HƏRB

Azərbaycan MN: Terrorizmi dəstəkləyən İranın Azərbaycanı İŞİD terrorçuları ilə ittiham etməsi gülünc doğurur

Azərbaycan MN: Terrorizmi dəstəkləyən İranın Azərbaycanı İŞİD terrorçuları ilə ittiham etməsi gülünc doğurur
Sakura

Azərbaycan MN: Terrorizmi dəstəkləyən İranın Azərbaycanı İŞİD terrorçuları ilə ittiham etməsi gülünc doğurur

44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər səlnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bu barədə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

"Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur", - deyə vurğulanır.

Nazirlik bildirir ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və təmamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR