Dərc edildi: Baxış sayı: 403
Azərbaycan millisinin yeni baş məşqçisi köməkçilərini müəyyənləşdirib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin köməkçiləri müəyyənləşib.
"Report" xəbər verir ki, 42 yaşlı mütəxəssisin köməkçilərindən biri "Sumqayıt" klubunun əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov olub.
M. Obradoviçin digər köməkçisi isə ukraynalıdır. Bu, Azərbaycana gələnədək Estoniyanın "Nimme Kalyu" klubunun əvəzedici komandasına rəhbərlik etmiş Roman Kojuxovskidir.
Nəhayət, Draqoslav Poleksiç yeni baş məşqçiyə qapıçılarla iş üzrə məşqçi kimi yardımçı olacaq.
Qeyd edək ki, Milan Obradoviç Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət