Slimfit
  1. İDMAN

Azərbaycan millisinin məşqçisi: "Çinə öz səhvimizdən uduzduq"

Azərbaycan millisinin məşqçisi: "Çinə öz səhvimizdən uduzduq"
Sakura

Azərbaycan millisinin məşqçisi: "Çinə öz səhvimizdən uduzduq"

 “Rəqibi tanıyırdıq. Çünki çox güclü komandadır. Ən yaxşı oyunmuzu oynamağa çalışdıq. Amma yenə də top qəbulunda problem yaşadıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının məşqçisi Famil Ağayev Yaponiyada keçirilən dünya çempionatının II mərhələsində Çin yığmasına 0:3 hesabı məğlubiyyətdənsonra təşkil edilən mətbuat konfransında deyib.

O bildirib ki, üçüncü setin əvvəlində həm müdafiədə, həm də hücumda yaxşı oynayıblar: “Lakin öz səhvimizdən rəqib önə keçdi və uduzduq. Türkiyəyə qarşı keçirəcəyimiz oyuna hazırlaşacağıq”.

Kapitan Odina Əliyeva isə III mərhələyə yüksəlmək şansını itirən milli komanda üçün son iki görüşün reytinq baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Hər bir matç oyunçular, xüsusən də gənclər üçün bir dərsdir. Növbəti iki oyunmumuz bizim üçün önəmlidir. Reytinqimizi yüksəltmək üçün qələbəyə oynayacağıq. Bu görüşlərə hazırlaşacağıq və ən yaxşı nəticəyə ümid edəcəyik”.

Çin yığmasının voleybolçusu Qun Syanyuy Azərbaycan millisi yaxşı oynadığını söyləyib: “Görüşün əvvəlində ritmə düşə bilmirdik. Tədricən vəziyyət yaxşılaşdı və biz blokda daha effektli olduq. Bu da qalib gəlməyimizə şərait yaratdı”.

Qeyd edək ki, hazırda F qrupunda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır. III mərhələyə E və F qruplarında ilk 3 yeri tutacaq komandalar vəsiqə qazanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR