Dərc edildi: Baxış sayı: 441
Azərbaycan millisinin futzalçısı Rusiya klubu ilə müqavilə bağlayıb
Bakı. 22 avqust. Azərbaycan milli komandasının futzalçısı Tyaqo Telez Bolinya karyerasını Rusiyada davam etdirəcək.
"Report" xəbər verir ki, Bolinya “Norilsk Nikel” klubu ilə anlaşıb.
Son iki mövsümü “Araz”da keçirən hücumçu yeni klubu il bir illik müqavilə imzalayıb.
Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. O, son iki mövsümdə həm də “Araz”ın formasını geyinib. Hücumçu 2017/2018 mövsümündə 34 qol vurub və Yüksək Liqanın bombardiri olub. Mayda “Araz”la anlaşması başa çatan futzalçı, klubu strategiyasını dəyişdiyini elan etdikdən sonra Rusiya təmsilçisinin təklifini dəyərləndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət