Dərc edildi: Baxış sayı: 406
Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda ilk qolunu vurub
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi "Boluspor" yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
"Report" xəbər verir ki, komanda Bolu Atatürk Stadionunda həvəskar liqa klublarından hesab olunan "Karadeniz Ereğli Belediyespor"la üz-üzə gəlib.
Qarşılaşma Bolu təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Ufuk Budak 41-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Bu, onun yeni komandasında ilk qolu olub.
Qeyd edək ki, Ufuk Budak yay transfer pəncərəsində "Boluspor"a keçib. Komanda Türkiyə I liqasında 4 turdan sonra 12 xalla II pillədə yer alıb. Birinci yerdə qərarlaşan "Gənclərbirliyi"nin də 12 xalı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət