Slimfit
  1. İDMAN

Azərbaycan millisinin futbolçusu İspaniyada klubunu dəyişir

Azərbaycan millisinin futbolçusu İspaniyada klubunu dəyişir
Sakura

Azərbaycan millisinin futbolçusu İspaniyada klubunu dəyişir

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən “Alkorkon” komandasının əsas heyətindən kənarlaşdırılıb.

Report” “Aupa Alba” portalına istinadən xəbər verir ki, Alkorkonun eyniadlı təmsilçisinin yeni baş məşqçisi Fren Fernandes 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil. O, İsrafilovun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib.

“Alkorkon”la 2020-ci ilin iyulunadək müqaviləsi olan İsrafilovla İspaniya çempionatının I divizonunda çıxış edən başqa bir klubun – “Albasete”nin yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Eddi İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR