Dərc edildi: Baxış sayı: 339
Azərbaycan millisinin futbolçusu Almaniyada mövsümün ən yaxşı transferlərinin “onluğ”una düşüb
Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov Almaniyanın III liqasında cari mövsümün ən yaxşı transferlərinin “onluğ”una düşüb.
“Report” xəbər verir ki, bu, “liga3-online” portalının apardığı araşdırma nəticəsində müəyyənləşib. Ötən yay Regional Liqanın Şimal-Şərq zonasında çıxış edən Berlin “Dinamo”sundan “Proyssen”ə keçən Dadaşov yeni komandasında özünü doğruldub. Cari çempionatda 17 oyuna 7 qol vuran 28 yaşlı hücumçu mövsümün 7-ci ən yaxşı transferi kimi dəyərləndirilib.
Qeyd edək ki, Rüfət Dadaşov ötən mövsüm 26 qolla Regional Liqanın bombardiri olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət