Slimfit
  1. İDMAN

Azərbaycan millisinin biabırçı çıxışı: Avropanın ən zəiflərindən oldular

Azərbaycan millisinin biabırçı çıxışı: Avropanın ən zəiflərindən oldular
Sakura

Azərbaycan millisinin biabırçı çıxışı: Avropanın ən zəiflərindən oldular

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki yığma tsikli bərbad nəticə ilə başa vurub. 5-ci qrupda yer alan milli hər üç oyunda uduzub. Komanda öncə Fransaya 0:5 yenilib. İkinci oyunda Bosniya və Herseqovinaya 1:4 hesabı ilə məğlub olan milli son qarşılaşmada daha acınacaqlı nəticə ilə üzləşib. Yunanıstanla görüş rəqibin 3:11 hesablı qələbəsi ilə başa çatıb.

Yekunda milli qrup mərhələsini xalsız, sonuncu yerdə bitirib. 4 qol vuran komanda öz qapısında bundan 5 dəfə çox - 20 top görüb. Top fərqi -16 olub.

Bu, seçmə mərhələnin ən zəif göstəricilərindən biridir. Yığma qrup sonuncuları arasında yalnız Moldova, Monteneqro və Slovakiyadan daha yaxşı nəticəyə nail olub. Həmin komandalar da tsikli xalsız başa vurub, ancaq onlarda top fərqi daha pis olub.

Seçmə mərhələdə iştirak edən yığmaların xəyali turnir cədvəli tərtib olunsa, milli 28 kollektiv arasında 25-ci yeri tutar.

Azərbaycan azarkeşi futbolda bərbad nəticələrə çoxdan öyrəşib. “Zal futbolu”nda isə yığma komandalar və “Araz Naxçıvan” nümunəsində pozitiv nəticələr az olmayıb. Üstəlik, futzalçıların “böyük qardaşları” - minifutbolçular son Avropa çempionatının qalibləridir. Qısası, U-19 yığmasının bu nəticəsi heç bir məntiqə sığmır. Elə komandanı oyunlara çıxaran İlqar Aslanov (o, əslində U-17 millisinin baş məşqçisidir. U-19-un çalışdırıcısı Ağatahir Əzimovun səhhətindəki problemlərə görə komandanın “sükan”ı müvəqqəti olaraq Aslanova həvalə edilmişdi - red.) da Yunanıstan məğlubiyyətindən sonra “deməyə söz tapmadığını” bildirib.

U-19-un biabırçı çıxışı əsas millinin nəticələrini də şübhə altına salır. Məsələ burasındadır ki, onsuz da yığma heyətdəki braziliyalı oyunçuların çoxluğuna görə daim tənqid hədəfində olub. Bu nəticələr göstərir ki, həqiqətən, milliləşdirilmiş “sambaçılar” olmasa, elə əsas komanda da hər hansı uğur qazana bilməzdi. Bu uşaqlar yaxın gələcəkdə əsas millinin formasını geyinməlidirlər. Cari nəticələr nə yaxın, nə də uzaq gələcəyə ümid verir.

AFFA İcraiyyə Komitəsinin 7 martda keçirilən iclasında Futzal Federasiyasının prezidenti Zaur Axundov da hesabat verməli idi. Ancaq o, səhhətindəki problemlərə görə iclasa qatılmadığından bu da təxirə düşmüş və növbəti toplantıya qalmışdı. Son nəticələrin ardınca gələn iclasda isə Axundovdan soruşulacaq məsələ daha çoxdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR