Slimfit
  1. İDMAN

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin baş məşqçisi istefa verdi
Sakura

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Qadın voleybolu üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib.

Bu barədə virtualaz.org-a Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar məşqçilik karyerasını başa vurub.

Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək.

Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədova da yığma ilə vidalaşıb. Karyerasını Qazaxıstanın “Altay” klubunda davam etdirəcək Məmmədova bir daha millimizin formasını geyinməyəcəyini açıqlayıb. O bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR