Slimfit
  1. İDMAN

Azərbaycan millisinin baş məşqçisi: 'Boksçumuza qarşı nə isə oyun oldu'

Azərbaycan millisinin baş məşqçisi: 'Boksçumuza qarşı nə isə oyun oldu'
Sakura

Azərbaycan millisinin baş məşqçisi: 'Boksçumuza qarşı nə isə oyun oldu'

"Biz azı 4 medal qazanacağımızı gözləyirdik. Amma 2 mükafatımızın olması qənaətbəxşdir".

Bunu "Minsk 2019" II Avropa Oyunlarında 2 medal qazanmış Azərbaycan boks yığmasının baş məşqçisi Vaqif Şirinov "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib. 64 yaşlı mütəxəssis bildirib ki, 1 qızıl və 1 bürünc medal əldə etmələri yüksək səviyyədə hazırlıq keçmələrinin nəticəsidir: "Mən komandama inanırdım. Yüksək səviyyədə və uğurlu hazırlıq keçirmişdik. Dörd dəfə təlim-məşq toplanışında və bir neçə beynəlxalq turnirdə iştirak etmişdik. Bu da Avropa Oyunlarında öz bəhrəsini verdi".

Şirinovun fikrincə, hakimlər qeyri-obyektiv qərarlarla diqqət mərkəzinə düşməsəydilər, nəticə daha yüksək, medalların sayı daha çox olardı. O, hələ də hakimliklə bağlı problemin yoluna qoyulmadığını və maneələrin yaradıldığını vurğulayıb: "Döyüşün gedişində bəzən qalib gəldiyin, ya uduzduğun bilinmir. Belə olarsa, məğlub duruma düşdüyün zaman taktikanı da dəyişmək mümkündür. Amma elə bilirsən ki, öndəsən və yekunda tabloda fərqli rəqəm görürsən. Düzdür, bəzi döyüşlərdə düzgün qərarlar verilmədiyi halda, bəzilərində özümüz də səhv buraxdıq. Amma ümumi götürsək, komandadan, uşaqlardan çox razıyam".

Millinin heyətində ən yaxşı nəticəyə Alfonso Dominges imza atıb. O, qitə çempionatı statusu daşıyan Avropa Oyunlarının qalib olmaqla iki titul qazanıb. Şirinov bildirib ki, Azərbaycan çempionatında uduzmasına baxmayaraq, kubalı legionerı inanıb: "Bilirdim ki, Dominges beynəlxalq səviyyəli yarışlarda özünü göstərə biləcək. Verdiyim qərar da özünü doğrultdu. O, 5 görüş keçirdi. Əsasən ilk 2 döyüşü çox ağır oldu. Startda mübarizədən kənarlaşdırdığı belaruslu Mixail Dolqolevets Azərbaycanın "Baku Fires" klubunda da çıxış edib. Digər rəqib ukraynalı Stefan Hrekul isə Avropa çempionatının mükafatçısı olub. Növbəti qarşılaşmalarını da fərqləndirməzdim. Finalda üz-üzə gəldiyi böyük britaniyalı Bencamin Vittaker çox hissiyyatlı boksçu idi. Amma biz onu taktiki cəhətdən aldatmalıydıq. Düzdür, o da buna səy göstərirdi. Lakin Dominges bütün taktiki-texniki tapşırıqları düzgün yerinə yetirdi, çempion tituluna sahib oldu. Boksçumuzun potensialı böyükdür. Hələ bəzi çatışmazlıqlarımız var. Funksional və fiziki hazırlığımızın üzərində işləməliyik".

Digər boksçu Lorenso Sotomayor isə Avropa Oyunlarını bürünc medalla bitirib. Şirinov Sotomayorun öz üzərində işləməli olduğunu bildirib: "O, yarımfinal görüşündə taktikanı düzgün yerinə yetirir, qələbə üçün çox çalışırdı. İki status daşıyan yarışda ardıcıl 3 rəqibinə qalib gəldi. Fikrimcə, bu, Sotomayor üçün yaxşı nəticədir. Amma Sotomayor funksional hazırlığını artırmalı, öz üzərində işləməlidir".

Baş məşqçi dünya çempionu Cavid Çələbiyevin 1/4 finalda məğlubiyyətini isə hakim səhvləri ilə əlaqələndirib: "Çələbiyevin çıxışından çox razı qaldım. O, əlindən gələni etdi. Sadəcə, hakimlər çox böyük səhvə yol verdilər. 3 referi rəqibin, 2-si Cavidin lehinə qərar verdi. Hesab edirəm ki, orada nə isə oyun oldu. Çünki boksçumuz rəqibindən istər taktiki, istərsə də funksional baxımdan üstün döyüş nümayiş etdirmişdi".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR