Dərc edildi: Baxış sayı: 385
Azərbaycan millisi Avropa çempionatının növbəti seçmə oyununda da uduzub
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.
"Report" xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv Çexiya yığması ilə üz-üzə gəlib. Albaniyanın Luşnya şəhərindəki "Roza Haciu" stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qrupun digər oyununda Norveç Albaniya ilə üz-üzə gələcək. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Norveçə 1:4 hesabı ilə uduzub. Komanda oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət