Dərc edildi: Baxış sayı: 542
Azərbaycan millilərinin rəqibləri məlum olub
İsveçrənin Nyon şəhərində futbol üzrə 17 və 19 yaşadək qızlardan ibarət milli komandalar arasında AVRO-2021-in ilkin seçmə mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, U-17 II qrupda Almaniya, Belçika və Malta komandaları ilə üz-üzə gələcək.
U-19 isə VII qrupda Belçika, İsveç və Kiprlə qarşılaşacaq.
Qeyd edək ki, U-17-nin qrup oyunları gələn il sentyabrın 1-dən 10-dək Maltada, U-19-un görüşləri isə oktyabrın 19-dan 27-dək Belçikada keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət