Slimfit
  1. MEDİA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) “28 May – Respublika Günü”nə həsr olunmuş dəyirmi masa keçirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ)   “28 May – Respublika Günü”nə həsr olunmuş dəyirmi masa keçirib.
Sakura

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) “28 May – Respublika Günü”nə həsr olunmuş dəyirmi masa keçirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ)   “28 May – Respublika Günü”nə həsr olunmuş dəyirmi masa keçirib.

Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli tədbiri giriş sözü ilə açaraq, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığını söyləyib.

Alim, ümummilli lider Heydər Əliyevin hər zaman fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinə yüksək önəm verərək həmin tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasına və varislik prinsipinin qorunaraq daha da inkişaf etdirilməsində böyük səy göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Ulu öndərin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2018-ci ildə  ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İlinin elan olunması, Cümhuriyyət xadimlərinin xatirəsinin yad olunması və əbədiləşdirlməsi və bununla əlaqədar müxtəlif tədbirlərin təşkil edilməsi hər bir azərbaycanlının ürəyində fərəh və sevinc hissi yaradıb.

Sonra Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, şöbə müdirləri – tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə beynəlxalq vəziyyət və dövlətin həmin dövrdə formalaşan xarici siyasəti, 1918-1920-ci illər ərzində Cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması istiqamətində görülən işlər, o dövrdə qəbul edilmiş və millətin gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edən qanunlar barədə danışıblar.

Qeyd olunub ki, çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qısa müddətdə Azərbaycan Milli Ordusu, həmçinin müstəqil respublikanın Parlamenti, ədliyyə, məhkəmə, polis və prokurorluq orqanları yaradılıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmasına və onlarla diplomatik münasibətlər yaratmasına baxmayaraq, 1920-ci il aprelin 27-28-də Azərbaycanın ərazisi Rusiya tərəfindən yenidən işğal edilib və qazandığımız müstəqilliyə son qoyulub. Vurğulanıb ki, bütövlükdə cəmi 23 ay yaşamış, hələ güclü ordusu tam formalaşmamış, habelə dövlət büdcəsi tam təsdiq edilməmiş demokratik Cümhuriyyətimiz gələcək müstəqil Azərbaycan Respublikasının əsas fəaliyyət prinsiplərinin, habelə idarəetmə mexanizmlərinin, dövlət qurumlarının özülünü qurmaqla yanaşı, xalqımızın ürəyində azadlıq arzularını da yaşadıb. 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,

elmtarixi.pr@gmail.com

(012) 539 51 35

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR