Slimfit
  1. MEDİA

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bir çox qərar qəbul edildi.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bir çox qərar qəbul edildi.
Sakura

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bir çox qərar qəbul edildi.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, vitse-prezidentlər, Rəyasət Heyətinin üzvləri, Aparat rəhbəri və aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq Akademiyada son dövrlərdə aparılan struktur islahatlarının əhəmiyyətindən danışıb. O, qeyd edib ki, AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AMEA üzvlərinin müraciətindən, qəbul olunan qərarlardan irəli gələrək Akademiya qarşısında olduqca mühüm vəzifələr dayanmaqdadır. Sosial-iqtisadi və mədəni-mənəvi istiqamətlər üzrə dövlətin həyata keçirdiyi çoxşaxəli siyasətin reallaşmasında, xüsusən də işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində yaxından iştirak etmək alimlərimiz qarşısında duran ümdə vəzifələrdəndir. Akademik bildirib ki, qeyd olunan istiqamətlər üzrə Azərbaycan alimləri öz elmi potensiallarını səfərbər etməli, bunun üçün  müasir, innovativ elmi, elmi-təşkilati və idarəetmə texnologiyaları geniş tətbiq edilməlidir.

Gündəlikdə duran elmi, elmi-təşkilati və kadr məsələləri barədə AMEA-nın akademik-katibi, akademik Arif Həşimov məlumat verib.

Tədbirdə AMEA-nın Elm, təhsil, texnologiya problemləri üzrə Elmi şuranın da ilk iclası keçirilib, Şura üzvləri Fizika İnstitutunun Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri vəzifəsini icra edən dosent Nahidə Musayevanın “Azot tərkibli aromatik partlayıcıları aşkarlamaq üçün məsafədən idarə olunan sistem haqqında” elmi tədqiqatı  ilə bağlı məlumatını  dinləyərək mövzunu müzakirə ediblər. Sistemlə bağlı Şura üzvlərinin və tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzunun aktuallığı qeyd edilib, bu istiqamətdə araşdırmaların davam etdirilməsi zərurəti xüsusi olaraq vurğulanıb.

Sonra gündəlikdə duran digər məsələlərə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarlarıyla AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Əsasnaməsi, həmçinin AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin strukturunda edilmiş dəyişikliklər nəzərə alınmaqla İdarənin yeni strukturu və ştat vahidləri təsdiq edilib.

İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Dilqəm Tağıyev akademik  Murtuza Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif  Məmmədəliyev adına  Neft-Kimya Prosesləri  İnstitutunun, akademik Vaqif  Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar  Kimyası  İnstitutunun, müxbir üzv Bəxtiyar  Məmmədov Polimer  Materialları  İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

Müzakirə olunan məsələlər ətrafında akademiklər Dilqəm Tağıyev, İsa Həbibbəyli, İradə Hüseynova, Arif Həşimov, Vaqif  Fərzəliyev, Vaqif Abbasov və başqaları çıxış edərək fikir və mülahizələrini bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR