Azərbaycan milli elmlər akademiyası rəyasət heyəti
Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi münasibətilə respublika elmi konfransı keçiriləcək
2019-cu il may ayının 24-də tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutudur.
Respublika konfransında AMEA-nın və AR Təhsil Nazirliyinin aparıcı alimləri ilə yanaşı, gənc tədqiqatçıların iştirakına xüsusi diqqət yetiriləcəkdir.
Elmi konfransın nəticələrinə görə təqdim olunmuş məqalələrin toplu şəklində çap edilməsi, müvafiq qurumlara və elmi kitabxanalara paylanması nəzərdə tutulur.
Konfransın mövzuları:
1. Afad Qurbanov və Azərbaycan onomastikası
2. Afad Qurbanov və ümumi dilçilik məsələləri
3. Afad Qurbanovun elmi və ictimai fəaliyyətində əlifba məsələləri
Məqalələrin tərtib olunması qaydaları:
Məqalənin mətni A-4 formatda, Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, çalışdığı müəssisənin, təşkilatın adı, elmi dərəcəsi və elmi adı, e-poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır.
Məqalələrin həcmi 10 səhifədən artıq olmamaqla (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) kodlaşdırılmalı və elektron şəkildə 10.05.2019-cu il tarixinədək afadqurbanov90@gmail.com e-poçt ünvanına göndərilməlidir.
Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.
Ünvan: AMEA-nın Rəyasət Heyəti, 3-cü mərtəbə, 312-ci otaq
Tel.: (+994 12) 49226622, (+994 12) 4976982
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət