Slimfit
  1. MEDİA

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışı hazırlanır

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışı hazırlanır
Sakura

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışı…

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışının 2019-cu ildə çap olunması nəzərdə tutulur.

            Jurnalda çap olunacaq məqalələrə dair tələblər: kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

            Məqalələrin təqdim edilməsinə dair texniki tələblər: müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, “Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0” ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim edilməlidir.

            Jurnalın redaksiya heyəti yerli və xarici kitabxana-informasiya mütəxəssislərindən formalaşdırılıb.

            Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 10 dekabr 2018-ci il tarixinə qədər cecilia.hazai@gmail.com, bekirleyla@gmail.comturan.baku@mail.ru elektron ünvanlarından birinə göndərilməlidir.

 

 

            AMEA Mərkəzi Elmi Kitabxana
            Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR