Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan meşələri telefonla izləniləcək

Azərbaycan meşələri telefonla izləniləcək
Sakura

Azərbaycan meşələri telefonla izləniləcək

Azərbaycanda insanlar harada olmasından asılı olmayaraq, meşələrdə gedən prosesləri telefonları ilə izləyə biləcəklər.

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O, bu məqsədlə artıq nazirlik tərəfindən kamera quraşdırılmış meşələrdə görüntüləri görməyə imkan verən mobil əlavənin hazırlanacağını söyləyib.

F.Əliyev bu görüntülərin yalnız kamera quraşdırılan meşələrdən əldə edilməsinin mümkün olduğunu qeyd edib.

Onun sözlərinə görə, meşələrin mühafizə edilməsi məqsədilə artıq 5 rayonun - Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala meşələrində investisiya çərçivəsində kameralar quraşdırılıb. Kameralar onlayn şəkildə 24 saat ərzində fəaliyyət göstərir ki, bu da meşələrin mühafizəsi üçün böyük əhəmiyyətə malikdir:

"Kameralar həm də meşələrdə yanğınların erkən aşkarlanması baxımından əhəmiyyətlidir. Mobil əlavə qısa zaman ərzində hazır olacaq. Bu, hazır olduqdan sonra vətəndaş harada olmasından asılı olmayaraq, mobil telefonuna daxil olub meşələrdə gedən prosesləri izləyə biləcə".

 F.Əliyev bunun ictimai nəzarətin bir üsulu olduğunu söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR